Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Həbsdə olan generalın oğlu cəzalandırıldı

 

 

 

      Daxili İşlər nazirinin sabiq müavini, hazırda həbsdə olan general-mayor Zakir Nəsirovun oğlu Seymur Nəsirov barədə ilginc məlumatlar yayılıb. 

     "xeberinfo.com": Əldə etdiyimiz  məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat şöbəsinin inspektoru vəzifəsində çalışan Seymur Nəsirov ciddi problemlə üzləşib. Buna səbəb onun bir müddət əvvəl 60 min manata avtomobil nömrəsi satması faktının üzə çıxması olub.

     Məlum olub ki, o, həmin nömrəni belə fantastik qiymətə satması barədə rəhbərliyə xəbər verməyib. 

     Məsələnin üstü açılandan sonra isə o, işə buraxılmayıb və vəzifəsindən çıxarıldığı bildirilib. 

    Lakin Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə o, yenidən vəzifəsini icra etməyə başlayıb. Xəbərdə qeyd edilir ki, Nəsirov vəzifəsinə qayıtsa da, ona əvvəlki kimi etimad göstərilmir. 

Qeyd edək ki, şöbədə ən bahalı avtomobil nömrə nişanlarının satılmasının məhz S. Nəsirova həvalə olunması barədə məlumatlar var. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam