Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azəri canavar" buna görə öldürülüb: Detallar üzə çıxdı

 


Yevlax şəhərindəki parkda 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun başından güllələnərək öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Yenixeber.org  xəbər verir ki, ilkin araşdırmalar zamanı tiktokda videoları ilə tanınan Əhmədin sosial şəbəkədəki fəaliyyətinə görə öldürülməsi üzə çıxıb.

Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu Ə.Nəsibovun azyaşlılarla bağlı qeyri-etik hərəkətlər etdiyini iddia edib. O, ilkin ifadəsində 32 yaşlı şəxsi bu səbəbdən parkda "Makarov" markalı tapança ilə güllələdiyini bildirib.

Hadisənin görüntüləri ərazidəki kameraya düşüb.

Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir./qafqazinfo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam