Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ucar rayonunda sursat aşkarlanıb -FOTO

 

Ucar rayonunda sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd "TOZ-8" markalı silah, 1 ədəd UZRQM partladıcı, 221 ədəd müxtəlif çaplı patron və 23 ədəd müxtəlif növ döyüş sursatının hissələri aşkarlanıb.

RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən profilaktiki-nəzarət tədbirləri zamanı isə rayonun Alpout, Qaradağlı və Şahlıq kənd sakinindən ümumilikdə dörd ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Ucar RPŞ-də araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam