Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qanuni oğrular arasında dava -Vitali Tiflisski həbs olundu

 

Ermənistan İstintaq Komitəsi (İK) İrəvanda baş verən “razborka”dan sonra qanuni oğru “Vitali Tbilisski”nin həbs edildiyini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, noyabrın 17-də İrəvanda qanuni oğrular V.A.(Vitali Tbilisski kimi tanınır) və A.M.(Arsen Yerevanski kimi tanınır) arasında onların tərəfdarlarının da iştirak etdiyi dava baş verib. Noyabrın 21-də İstintaq Komitəsi “Arsen Yerevanski” və onun 11 tərəfdarının saxlanması barədə məlumat yayıb.

Daha sonra polis bildirib ki, V.A. noyabrın 22-də İrəvan-Sevan yolunda “Toyota” markalı avtomobildə tapılaraq saxlanılıb. İstintaq Komitəsinin məlumatına görə, Vitali Tbilisskinin üzərinə baxış zamanı xüsusilə külli miqdarda metamfetamin, avtomobildə isə 2 tapança və 16 patron aşkar edilib. V.A.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq), 335-ci (odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi) və 396-cı (satış məqsədi olmadan narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Saxlanılan şəxs qanuni oğru M. Ş. ilə birlikdə Ermənistan Cinayət Məcəlləsinin 297 və 335-ci maddələri ilə ittiham olunub. İstintaq onların həbsi üçün məhkəməyə vəsatət təqdim edib. “Vitali Tiflisski” ilə bağlı vəsatət təmin edilib. Məhkəmə M. Ş. barəsində həbs-qətimkan tədbiri seçilərək ev dustaqlığı seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam