Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nazirin işdən çıxarılması haqda qərarın elanı gözlənilir

Ziya Məmmədov işdən çıxarıldı?

 

Yaxın saatlarda bu haqda rəsmi qərarın açıqlanacağı iddia edilir

 

Media dəhlizlərində nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı xəbərlər dolaşmaqdadır.
"Xeberinfo.com":   Məlumata görə, bir neçə qaynaqdan “Yeni Müsavat” redaksiyasına daxil olan informasiyaya görə, yaxın saatlarda bu haqda fərman açıqlanacaq.
Son bir ayda Ziya Məmmədovun vəzifədən kənarlaşdırılması ilə bağlı bir neçə dəfə xəbərlər yayılsa da onların heç biri təsdiqlənməyib. Bu dəfəki xəbərin də təsdiqlənmə ehtimalı az ola bilər. Ancaq Ziya Məmmədovun özü, ailə üzvləri və ən yaxın çevrəsi ilə bağlı ilginc informasiyaların, həbs xəbərlərinin ardı-arası kəsilmir. Bir sıra media orqanları nazirin məcburi məzuniyyətə göndərilməsi, oğlu Anar Məmmədovun ölkədən qaçması, nazirin yaxın çevrəsi ilə bağ evində məşvərət keçirməsi, mübhəm telefon danışıqları, komandasının parlament seçkisi prosesindən kənarlaşdırılması ilə bağlı xəbərlər yayıb. Nazirin ailəsilə bağlı sonuncu xəbər isə qardaşı oğlu Aynar Məmmədovun sahib olduğu kafedə qumarxana aşkarlanması və onun Məmmədovlara yaxın çevrəyə aid ailələrin övladları ilə bərabər DİN-in Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə aparılmasıdır. Yayılan xəbərlər Ziya Məmmədovun hakim komandadan dışlanması görüntüsünü yaradır.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam