Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xırdalanda evdə partlayış -YARALI VAR

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Yenixeber.org xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onikimərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 72m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində kombi aparatında yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində partlayış dalğasınım təsirindən eyvanın pəncərə çərçivəsi yerindən çıxaraq asılı vəziyyətdə qalıb, şüşələr qırılıb, 1 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam