Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya ixraca qadağa qoydu: benzin bahalaşacaq?

 

Rusiyadan əsas aldığımız “Premium” markalı benzindir. Ona görə də hazırkı qadağanın Azərbaycana ciddi təsir edəcəyini düşünmürəm.

Yenixeber.org: Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın martın 1-dən benzin ixracına qadağa qoymasının Azərbaycanda yanacağın qiymətinə təsiri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın yanacaq ixracatına qadağa qoyması birinci dəfə deyil:

“Bundan öncə də bənzər addımlar atılıb. Amma bəzi ölkələrə kvotalarla ixracın həyata keçirilməsinə icazə verilirdi. Tam qadağa deyil. Azərbaycan əvvəllər o kvotalardan istifadə edib”.

Ekspert bildirib ki, Azərbaycanda yanacağın qiymətinin tənzimlənməsi Rusiya amilindən asılı deyil:

“Birincisi, neftayırama zavodundakı təmirin böyük hissəsi başa çatıb. İkincisi isə Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzindən başqa, digərləri dövlət tərəfindən tənzimlənir, dünya bazarı ilə birbaşa əlaqəli deyil. Hansısa bir dəyişiklik olacağını düşünmürəm”.( Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam