Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Polisin vurulmasının təfərrüatları

 

Xətai rayonunun 36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovu yaralamış Yevgeniy Antonovskiy artıq saxlanılıb.

"Xeberinfo.com":   Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə daxil olan məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan atəş açaraq, İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib. Hər iki şübhəli şəxs hadisə yerini tərk edib.

Həyata keçirilmiş tədbirlər nəticəsində onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy artıq saxlanılıb. Ondan kustar üsulla hazırlanmış tapança götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam