Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əli Abbasov nəyin "qurbanı" oldu?

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yoxlama aparılır və nazirliyin binasına giriş-çıxış yasaqlanıb. 


"Xeberinfo.com":  AzNews.az-a daxil olan məlumata görə, bir neçə gündür nazirlikdəki “təmizləmə” işləri ilə yanaşı yoxlamalar da aparılırmış. 

11 ildir nazir işləyən Əli Abbasovun “vurulması” da Dövlət Xüsusi Mühafizə Xidmətinin nəzarətiylə aparılan yoxlamalar zamanı aşkarlanan dəhşətli faktlarla bağlı olub. Məlum olub ki, “MTN cinayətləri”nin bir çoxu bu nazirliyin hesabına həyata keçirilirmiş. 

Elə buna görə də Əli Abbasov işdən çıxarılmamışdan öncə - iki gün əvvəl nazirliyin aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən azad olunaraq həbs edilib. Həmçinin nazirliyin tabeçiliyində olan BTRİB-in rəhbəri Beytulla Hüseynov da işdən çıxarılaraq, dəmir barmaqlıqlar arasına salınıb. 

Məlumata görə, hər iki yüksək vəzifəli şəxsin Eldar Mahmudov bandasının üzvü olduğu aşkarlanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam