Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Daha bir partiya seçkini boykot etdi

 

Gələcək Azərbaycan Partiyası (GAP) 1 noyabr seçkisində iştirakdan geri çəkildiyinə dair bəyanat yayıb.

"Xeberinfo.com":  Məlumata görə, bəyanatda deyilir ki, GAP mövcud seçki qanunvericiliyi ilə ölkədə demokratik parlament seçkilərinin keçirilməsini mümkünsüz hesab edir. Partiya siyasi və vicdan məhbuslarının azad olunmadığını; demokratik təsisatların təzyiq altında saxlanıldığını; seçicilərlə görüşə maneələr yaradıldığını; hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyini və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadığını; ATƏT DTİHB-ə seçkini müşahidə etmək imkanının verilmədiyini və başqa maneələri nəzərə alaraq, seçki prosesində iştirakdan imtina edir. GAP partiya tərəfindən namizədliyi irəli sürmüş və qeyd alınmış şəxslərə seçki prosesində fəaliyyətlərini dayandırmağı tapşırır.

GAP başqa namizədlərə də çağırış edir ki, beynəlxalq ictimaiyyətin əvvəlcədən sual altına aldığı, legitimliyinin tanınmayacağı seçki prosesində iştirakdan imtina etsinlər.

Partiya həmçinin hakimiyyəti 1 noyabr seçkisini təxirə salmağa və müvafiq islahatlardan sonra keçirməyə çağırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam