Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Dövlət- özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək”

“Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Silk Vey Vest aviaşirkəti” MMC-nin maliyyə dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi” layihəsini həyata keçirir”.

Yenixeber.org xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.

Cari ildə başlanılan layihəni dövlət-özəl əməkdaşlığının uğurlu nümunəsi olaraq qiymətləndirən Kənan Kərimzadə bildirib ki, bu layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında 6 ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur. Bakı-Abşeronda yerləşən 5 məktəb və Kürdəmir rayonunda yerləşən 1 məktəbin əsaslı təmiri və bərpası nəticəsində təhsil müəssisələrində 5 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılacaq.

Ümumilikdə məktəb infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərə də toxunan nazir müavini əlavə edib ki, 2003-2023-ci illər ərzində ölkədə ümumilikdə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil edir və həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam