Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür -İLGİNC


Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi Qazıyev Arif Tofiq oğlu ilə satınalma müqaviləsi imzalayıb.
Yenixeber.org: Ədliyyə Nazirliyi Qazıyev Arif Tofiq oğlu ilə bir mənbədən satınalma metodu əsasında Gəncə şəhər qeydiyyat şöbəsi üçün icarə müqaviləsi bağlayıb.

İcarə müqaviləsi 15 aprel 2024 – 31 dekabr 2024-cü il tarixlərində qüvvədə olacaq. Qazıyev Arif Tofiq oğlu icarə haqqı olaraq Ədliyyə Nazirliyindən 1 400 manat alacaq.
Məlumat üçün qeyd edək ki, Arif Qazıyev Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin “Biologiya” kafedrasının müdiridir. O, həmçinin 2017-ci ildən Dövlət Aqrar Universitetinin professorudur.
Onu da qeyd edək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.
Xatırladaq ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam