Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

DİN-dən biznesmenlərə müraciət: "Sizi incidən olsa..."

Sahibkarlıq fəaliyyətinə mane olma halları barədə Daxili İşlər Nazirliyin (DİN) 1002 nömrəli "Qaynar xətt"inə məlumat vermək olar.

Xeberinfo.com:   DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il, 20 oktyabr tarixli qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə dövlət başçısının 2015-ci il, 26 oktyabr tarixli fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bununla əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam