Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şuşada Türk Akademiyasının Elmi Şurasının VII iclası keçirilib

Şuşa şəhərində Türk Akademiyasının Elmi Şurasının VII iclası keçirilib.

Yenixeber.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.

O bildirib ki, iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib.

Türk Akademiyasının məqsədlərindən danışan Emin Əmrullayev akademiya ilə əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində həyata keçirilən işlərdən bəhs edib.

Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub.

İclas çərçivəsində Türk Akademiyasının fəaliyyət hesabatı təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam