Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu

 

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən Gümrah Əbdürəhmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Yenixeber.org məlumatına görə, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Vüsal Qurbanov belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib. Hökmə əsasən, G.Əbdürəhmanov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Prokuror ittiham nitqində müttəhimin 7 il həbsini tələb etmişdi.

Qeyd edək ki, rəsmi məlumata görə, G.Əbdürəhmanov FETÖ ilə bağlı yaradılmış təşkilatın maliyyə işlərinə cavabdeh olub. Ona və eyni iş üzrə həbs edilənlərə qarşı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167.1-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə ittiham elan edilib.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam