Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Çudo-Peçka”lar bağlanır

 

Bakıda “Çudo-Peçka” restoranlar şəbəkəsinin işi xeyli dərəcədə zəifləyib.
 
Xeberinfo.com:   Məlumata görə, restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı gözlənilir.
 
Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqənin dəyişdirilməsindən sonra növbə digər filiallara da çatıb.
 
Paytaxtın “Sahil” və “Neftçilər” metrostansiyaları yaxınlığındakı məntəqələrin də işinə xitam veriləcəyi istisna olunmur. Çünki “Çudo Peçka” rəqabətdə açıq-aşkar uduzmaqdadır.
 
Qeyd edək ki, müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovdan “Çudo Peçka”nın alınması ilə uzun müddətdir bu müəssisələrin işində geriləmə müşahidə olunur. Bu durğunluq KFC restoranlarının açılması ilə daha da dərinləşib.
 
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Çudo Peçka MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.(Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam