Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qız uşağını tülkü ilə səhv salıb -GÜLLƏLƏDİ

Fransada bir kişi ukraynalı qaçqının qızına tüfənglə atəş açıb.

Yenixeber.org bildirir ki, iyun ayında anası ilə birlikdə ölkənin cənubundakı Buşez-du-Ron departamentində yaşayan 11 yaşlı Culiya yaxınlıqdakı üzüm bağlarında gəzintiyə çıxıb.

Qızcığaz burada 10 yaşlı oğlu ilə dost olduğu yerli fermanın sahibi Yanniklə rastlaşıb. Kişi qızı yaxşı tanıyıb, amma nədənsə bir gün evinin qabağında kolluqda oturanda onu güllələyib. Zərərçəkmiş xəstəxanaya aparılıb. Daha sonra fermer bildirib ki, onu tülkü ilə səhv salıb.

“Onun məni tülkü ilə səhv salması mənə bir az qəribə gəldi, çünki çöldə hələ bir az işıq var idi və məncə, açıq-aşkar görünürdüm”, - zərərçəkmiş məhkəmə prosesində bildirib.

Atəş açan şəxs elektron poçtla Culiyanın anasından üzr istəyib və etdiyi əməldən peşman olub. Lakin məhkəmənin hökmü ilə fermer iki il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin zərərçəkənə təzminat ödəməli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam