Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BANM-ın binasında bu universitet fəaliyyət göstərəcək

 

Builki tədris ilində fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinin binasının yerləşəcəyi yer məlum olub.

Yenixeber.org verir ki, universitet Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək.

Artıq tələbə qəbulu ilə bağlı universitetdə tədbirlər həyata keçirilir. Məlumata görə, bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edib. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam