Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şuşada 33 ildən sonra ilk zəng çalınıb

Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb.

Yenixeber.orun məlumatına görə, 33 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.

Yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üç mərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tutulmaqla, 40 sinif otağından ibarətdir.

Bu gün start verilən yeni tədris ilində Şuşada 113 şagird təhsilə başlayıb. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya məskunlaşmanın davam etdsirilməsi ilə məktəbdə şagird və müəllimlərin də sayı artacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam