Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ata və oğlunun öldüyü hadisə ilə bağlı -Hökm oxundu

Ötən ilin noyabrında Ağsu dolaylarında ata və 15 yaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücüyə hökm oxunub.

Yenixeber.org xəbər verir ki, rayonun Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsən Həsənli Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya da ha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmə) maddəsi ilə təqsirli bilinib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd olunub. Həmin cəzanın başa çatmasından sonr H.Həsənlinin 3 il nəqliyyat vasitəsi idarə etməsi də qadağan edilib.

Qeyd edək ki, hadisə vaxtı H.Həsənlinin idarə etdiyi “Mercedes C180” markalı avtomobil aşıb. Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəldiyev Məsud Əmir oğlu ölüb, sürücü isə xəsarət alıb.

Ölən ata və oğul yolda H. Həsənin maşınına minib və Şamaxıya sənəd düzəltdirməyə gedirlərmiş.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam