Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ümumdünya Şahmat Olimpiadası:Azərbaycan milliləri növbəti görüşlərini keçirəcəklər

 

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Yenixeber.org-un məlumatına görə, kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gələcək.

Komanda hazırda 11 xalla 20-ci pillədə qərarlaşıb. Hindistan 16 xalla liderdir. Özbəkistan və Macarıstanın hərəyə 14 xalı var.

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.

Qadınlardan ibarət kollektiv IX turda İsveçrənin müqavimətini qırmağa çalışacaq. 11 xal toplayan milli 20-ci sıradadır. Hindistan, Polşa və Qazaxıstan 14 xala malikdirlər.

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam