Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Pərdə və plyonkaya görə 138 sürücü cəzalandırılıb

 

Avtomobillərin arxa, yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkaların istifadəsinə verilən icazə müddəti başa çatdığından yol polisi qaydaya əməl etməyən sürücülərə qarşı reydləri davam etdirir.

Xeberinfo.com:  Məlumata görə, bu haqda açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu günə olan məlumata görə, 138 sürücüyə qarşı cəza tədbirləri həyata keçirilib:

“Noyabrın 16-sı səhər saatlarından noyabrın 21-i saat 12:00-a qədər, Bakı şəhəri üzrə paytaxtın 12 rayonu daxil olmaqla istər kustar, istərsə sənaye üsulu ilə hazırlanan və nəqliyyat vasitələrinə quraşdırılan pərdə, plyonkalarla avtomobil idarə edən 138 sürücüyə qarşı tədbir görülüb. Saxlanılanlar arasında “məlumatsızam” deyənlər çoxdur. “Yadımdan çıxıb”, “avtomobili uzun müddət istifadə etmədiyim üçün diqqət yetirməmişəm” deyənlər də olub.

Bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, söylənilən bu ifadələr sürücüləri məsuliyyətdən azad etmir”.

“Yol Hərəkəti” haqqında qanunun tələblərinə uyğun olaraq avtonəqliyyat vasitələrinin istismar qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsi ilə 150 manat cərimə nəzərdə tutulub.

Pərdə və plyonkaların istifadəsinə may ayının 1-dən noyabr ayının 15-ə qədər icazə verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam