Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Mədət Quliyevdən ilk açıqlama: “Bir neçə nəfər cinayət edib"

788

“Xalq həmişə MTN-ə inanıb”.

Xeberinfo.com:   Məlumata görə, bunu milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev deyib.

M. Quliyevin sözlərinə görə, olar bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir: “Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır”.

M. Quliyev qeyd edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz: “MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.

Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev bir neçə gün əvvəl ölkədə baş vermiş internet problemi ilə bağlı fikirlərini açıqlayıb.
M. Quliyev bildirib ki, internet kəsintisi “Delta Telekom”da qısaqapanmadan yaranan yanğın nəticəsində baş verib.
“Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur”, – deyə o bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam