Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qarşıdurma hər iki tərəfə zərərlidir -Çin liderindən Trampa mesaj

 

Çin lideri Si Cinpin Donald Trampa təbrik teleqramı göndərib.

Yenixeber.org xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti Trampa təbrik teleqramı göndərib", - məlumatda deyilir.

Çin lideri qeyd edib ki, qarşıdurma hər iki ölkə üçün zərərlidir, hər iki ölkə əməkdaşlığı inkişaf etdirməkdən faydalana bilər.

“Tarix göstərir ki, həm Çin, həm də ABŞ əməkdaşlığın inkişafından faydalanır, qarşıdurmadan isə uduzurlar”, - Si Cinpinin Donald Trampa göndərdiyi mesajda deyilir.

Si Cinpinin sözlərinə görə, sabit və sağlam Çin-Amerika münasibətlərinin qurulması hər iki tərəfin və dünya birliyinin maraqlarına uyğundur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam