Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cari ildə Azərbaycan 24 milyon ton neft hasil edib

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 24,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.

Yenixeber.org xəbər verir ki, neft hasilatının 13,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (7,3 faiz az), 3,5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in (2,8 faiz az), 0,5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının(1,5 dəfə çox) payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib (4,4 faiz az).

Bu dövrdə 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 17,4 milyon tonu konsorsiumların, 2,5 milyon tonu isə SOCAR-ın payına düşüb.

Neftin emalı bu ilin yanvar-oktyabr aylarında 5,5 milyon ton təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 79,947 min ton olub. Bunun 65,462 min tonunu xam neft, 14,485 min tonunu qaz kondensatı təşkil edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam