Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Qarabağ” güclü kollektivdir” -“Lion”un baş məşqçisi

 

Lion “Olimpik”i sabah Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qaşılaşacaq.

Yenixeber.org xəbər verir ki, Fransa klubunun baş məşqçisi Pyer Sajın oyundan bir gün öncə mətbuat konfransı keçirilib.

Fransalı çalışdırıcı oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəldiklərini bildirib:

“Oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəlmişik. Burada xüsusi bir ssenari yoxdur. Oyunun qələbəmizlə bitəcəyinə ümid edirik. Adəti üzrə hərəkət edəcəyik. Kiçik dəyişikliklər istisna olmaqla, eyni qaydada meydana çıxacağıq. Çox az rotasiyalar olacaq.

Yassin Benzya çox yaxşı formadadır. Burada təkcə Fransadan olan oyunçular deyil, digər futbolçular üzərində də oyunumuzu qurmağa çalışacağıq.

“Qarabağ”ı dəyərləndirərkən görürük ki, çox dinamik və fiziki baxımdan güclü kollektivdir. “Ayaks”la oyunda “qırmızı” istisna olmaqla, çox yaxşı çıxış etmişdilər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. “Qarabağ”ı təhlil edərkən daha çox avrokuboklardakı oyunlarını izləmişik.

Daha çox sabit oyunun göstərilməsi üzərində fokuslanırıq. Matçın ilk dəqiqələrindən sona kimi sabit oyun nümayiş etdirməyə çalışırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam