Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Keçmişi idarə edənlər gələcəyi də idarə edəcəklər"

qubad

“Rusiyada baş qaldıran anti-türk əhval ruhiyyəsi göstərir ki, bu ölkənin məhəlli düşüncə ilə xəstələnən cəmiyyəti tarixi düşmənçiliyi milli düşmənçilik istiqamətinə yönəldir”.

Xeberinfo.com:   Məlumata görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Rusiya döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında yaranmış vəziyyəti şərh edərkən deyib.

Qubad İbadoğlu deyib ki, Putin uzun illər şəriksiz hökmranlığı dövründə formalaşdırdığı millətçi toplumun məsuliyyətsiz çıxışlarına stimul verən son siyasi qərarları ilə Avrasiya məkanının iki böyük dövləti arasında münasibətləri daha da gərginləşdirir.

“Baş vermiş hərbi hadisədə Türkiyənin haqlı mövqeyi ilə barışmayan və onun dərhal siyasi və iqtisadi cavabını soran Putin hakimiyyəti hələ gələcəkdə baş verənlərin fərqinə varmadan emosional şəkildə dialoqdan da imtina edir. Görünür ruslar unudurlar ki, Sakit Okeandan Atlantik okeana qədər at çapan böyük Çingizxanın öz qılıncı ilə düzən verdiyi bu dünya Türkə qarşı birləşəndə də turklər bütün savaşlardan qalib çıxdı. Odur ki, bir daha xatirladıram ki, keçmişi idarə edənlər gələcəyi də idarə edəcəklər. Böyük Türk dünyası bu sınaqdan üzü ağ və qalib çıxacaq”, – Qubad İbadoğlu əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam