Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nardaranda qərar verildi: meydan boşaldıldı

 

Nardaranda qanlı polis əməliyyatından sonra yaranmış vəziyyətlə əlaqədar qəsəbə ağsaqqalları noyabrın 29-da yerli “Hüseyniyyə” məscidində toplantı keçirib.

Xeberinfo.com:  Məlumata görə, toplantıda xeyli sayda insan iştirak edib.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məsələnin dinc yolla həll olunması təklifini irəli sürüb. O, təklif edib ki, “İmam Hüseyn” meydanı boşaldılsın və öldürülən sakinlərin meyitləri alınsın: “Bu mənim təklifimdir. Dinc yolla həll edək. Ölülərimizi alaq. Dəfn edək. Biz birik, birliyik. Bu kəndin birliyini heç kim poza bilməz. Qərarımız bir olsun”.

Qəsəbə ağsaqqalları çıxışlarında bildiriblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Ağsaqqalların sözlərinə görə, hökumətdən gələn təklif, “İmam Hüseyn” meydanın boşaldılması və cənazələrin geri qaytarılmasıdır.

Ağsaqqallar bildiriblər ki, meyitlər verildikdən sonra 5 nəfərlik heyətlə hökumət nümayəndələri ilə danışığa gedəcək. Ağsaqqallar ümid edirlər ki, “İmam Hüseyn” meydanı boşaldıldıqdan sonra qəsəbənin işıq, su məsələsi həllini tapacaq, yollarda qurulan postlar götürüləcək.

Danışıqların sonunda “İmam Hüseyn” meydanını boşaltmaq qərara alınıb.

Bir neçə nəfər hökumətin danışıqlarda necə mövqe göstərəcəyindən ehtiyatlanır. Onlar bu danışıqlara heç kimin qarantiya verməməsindən narahatdırlar.

Musavat.com

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam