Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əbülfəz Elçibəyin evi qarət olunub -FOTO

Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.

Yenixeber.org: Bu barədə mərhum prezidentin yaxınları məlumat yayıblar. Onların bildirdiyinə görə, evdən kombi və bir sıra digər əşyalar oğurlanıb.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs Saatlı rayon sakinidir.

Musavat.com xatırladır ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlamışdı. Bu müraciətdən sonra Heydər Əliyev Fondu tərəfindən ev təmir olunmuşdu.

Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib. O, Azərbaycanın müstəqillik mübarizəsində mühüm rol oynayan siyasi xadimlərdən biridir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.(Bakupost)

2024-12-10-22-08-15aRI6Mwfsv3hzuWu9lts2_file.jpg (34 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam