Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Daha bir pilotsuz uçan aparat məhv edildi

 

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib. 

Xeberinfo.com:   Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, PUA bu gün saat 9.00 radələrində Tərtər rayonu istiqamətində vurulub. Qurğu Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. 

Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.




Qeyd edək ki, sonuncu dəfə ermənilərə məxsus pilotsuz uçan aparat dekabrın 6-da vurulub. 
Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam