Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış olub -Xəsarət alan var

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küşəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış baş verməsi barədə məlumat daxil olub.

Yenixeber.org xəbər verir ki dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam