Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xocavənddə hərbi sursat partlayıb -Xəsarət alan var

 

Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var.

Yenixeber.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam