Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Daha 1000 ev və obyekt söküləcək

Bakının yol-nəqliyyat infrastrukturunun yenilənməsi, nəqliyyat vasitələrinin azad və maneəsiz hərəkətini təmin etmək üçün "Azəryolservis" bir sıra layihələri həyata keçirir.

Xeberinfo.com:   Məlumata görə, belə layihələrdən biri də Bakının Yasamal rayonundakı Balababa Məcidov və Abdulla Şaiq küçələrinin rekonstruksiyasıdır. Layihə çərçivəsində küçələrin asfalt örtüyünün yenilənməsi ilə yanaşı, yüzlərlə obyekt və tikili söküləcək.

Hazırda enləri 8-9 metr olan küçələrin eni rekonstruksiyadan sonra 15 metrə bərabər olacaq. İnşaat zonasına düşən bütün yaşayış binaları və qeyri-yaşayış tikililərinin sökülməsi nəzərdə tutulub.

Proses artıq başlanıb. İşlərin nə zaman başa çatacağı bəlli deyil.

Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin başlayacağı barədə sakinlərə aylar əvvəl yazılı xəbərdarlıq göndərilib. Sökülən evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək.

Kompensasiya evin və ya obyektin sənədlərinin olub-olmamasına rəğmən ödənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam