Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şəkidə ağır qəza nəticəsində bir nəfər ölüb -2 nəfər yaralanıb

 

Şəkidə ağır yol qəzası baş verib; ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb.

Yenixeber.org-un məlumatına görə, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza zamanı sürücü T. Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 2016-cı il təvəllüdlü Kənan Təvəkkül oğlu Şirəlizadə və azyaşlının xalası oğlu 2010-cu il təvəllüdlü Fəqan Şahin oğlu Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücü T. Şirəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam