Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sumqayıtda Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Sumqayıt şəhərində qeyd olunub.

Yenixeber.org: Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbir iştirakçıları Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar, film izləyiblər.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin doğum gününün hər il Sumqayıt ictimaiyyəti tərəfindən dərin ehtiramla qeyd edilməsi Ümummilli Liderə olan ümumxalq ehtiramının göstəricisidir. Eyni zamanda bu ehtiram şəhərimizin inkişafı və yüksəlişi ilə bağlı göstərdiyi misilsiz xidmətlərinə görə Sumqayıt sakinlərinin Ulu Öndərə olan əbədi minnətdarlıqlarının ifadəsidir. Çünki bu gün özünün iqtisadi nailiyyətləri ilə keçmiş şöhrətini bərpa edən Sumqayıtın tarixi inkişaf yollarında Ulu Öndər Heydər Əliyevin böyük zəhməti olmuşdur.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti Sumqayıtın tarixində tamamilə yeni səhifə açmışdır.  Yaratdığı inkişaf nümunələri ilə Sumqayıt bu gün Heydər Əliyevin arzuladığı bir səviyyəyə yüksəlib. Ulu Öndərin ideyaları və Prezident İlham Əliyevin inkişaf siyasəti şəhərin tərəqqisinin təməlində dayanan əsas prinsiplərdir.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev parkında ağac əkiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam