Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu universitetdə yay imtahanlarının vaxtı açıqlandı

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

Yenixeber.org-un məlumatına görə, iclasda 2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə təqdimat olub.

Bildirilib ki, yaz semestrinin imtahan sessiyası 2 iyun - 4 iyul 2025-ci il tarixləri aralığında keçiriləcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Bakalavriat səviyyəsi üzrə Buraxılış Yekun Dövlət Attestasiyalarının 23 -24 iyun 2025-ci il, magistratura səviyyəsi üzrə isə 16 - 30 iyun 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. 

Elmi Şuranın sədri, rektor Cəfər Cəfərov ADPU-nun bakalavriat səviyyəsi üzrə təsdiq olunmuş qəbul planından danışıb.
Professor C.Cəfərov bildirib ki, növbəti tədris ili üçün Pedaqoji Universitetə ayrılmış plan yerlərinin sayı 2705-dir. Yeni tədris ilində 7 ixtisasda ingilis bölməsi, 11 ixtisasda rus bölməsində kadr hazırlığı davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam