Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İstisu qəsəbəsi 1 nömrəli məktəbdə qalmaqal:direktor şagirdləri döyməkdə ittiham olunur


Rəsul Qurbanov adına İstisu qəsəbə 1 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. İddiaya görə, məktəbin direktoru Sadiq Quliyev 10-cu sinif şagirdlərinə qarşı zor tətbiq edib. Şahidlərin sözlərinə görə, direktor şagirdlərdən birinin boğazından yapışaraq onu boğma həddinə qədər gətirib.
Yenixeber.org: Məsələ ilə bağlı bu gün məktəbə polis əməkdaşları cəlb olunub və şagirdlərdən izahatlar alınıb. Alınan izahatlarda döyülmə faktı təsdiqlənib.
Məlumat üçün bildirək ki, direktor Sadiq Quliyev bu vəzifəyə ötən il təyin olunub. Qeyd olunur ki, məsələ ilə bağlı Regional Təhsil İdarəsi hadisəni ictimaiyyətdən gizlətməyə və ört-basdır etməyə çalışır.
Hadisə ilə bağlı Tehsilmedia.az olaraq direktor Sadiq Quliyev ilə əlaqə saxladıq. Direktor məktəbə polis əməkdaşlarının gəlməsini təsdiqləsə də, bunun tamam başqa səbəbdən olduğunu bildirib və şagirdlərin döyülməsi ilə bağlı deyilənləri təkzib edib.(Tehsilmedia)
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam