Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

 "Qarabağ"lıların maaşlarından kəsiləcək:SƏRT CƏZA

"Qarabağ" bütün futbolçularını cərimələyib.

Yenixeber.org: Bu, Qurban Qurbanovun qərarıdır.
Baş məşqçinin belə addım atmasına səbəb Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda qeydə alınan nəticədir.
Belə ki, Azərbaycan təmsilçisi İspaniya səfərində "Atletik Bilbao" ilə üz-üzə gəlib.
Ağdam klubu "San Mames" stadionunda keçirilən oyunu 1:3 hesabı ilə uduzub. Bu onların ardıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.
Qurbanovu məyus edən yalnız nəticə deyil. Təcrübəli mütəxəssisi narazı salan futbolçularının sərgilədiyi mübarizədir.
O. istənilən səviyyədə çıxış etməmələri, əksər tapşırıqlarının yerinə yetirilməməsi üzündən oyunçularını cərimələməyi zəruri sayıb.
Məbləğ kifayət qədər böyükdür. Həmin vəsait komanda üzvlərinin oktyabr ayı üçün maaş fondundan tutulacaq.
"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlmiş, "Atletik Bilbao" isə xal qazanmamışdı.
İlk turda "Benfika"nı 3:2, ikinci turda isə "Kopenhagen"i 2:0 üstələmiş Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.
ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.(sportinfo.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam