Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qubada liseydə yoxlamalar başlanıldı:Direktora cinayət işi açılıb?


Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə mənimsəmə faktlarının aşkarlandığı bildirilir.
Yenixeber.org: Bu barədə oxu.az-a adıçəkilən liseydən məlumat verilib. Məlumatda bildirilir ki, liseydə baş verən mənimsəmə halları ilə bağlı maliyyə yoxlamaları başlanıb və faktlar aşkarlanıb.
Məlumatda bildirilir ki, araşdırmaların nəticəsi Quba Rayon Prokurorluğuna göndərilib. İddia edilir ki, Quba Rayon Prokurorluğunda liseyin direktoru Lalə Bədəlova barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən yoxlama aparılır: “Araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edirik ki, araşdırmanın nəticələri ilə bağlı bütün addımlar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam