Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir- FOTO

 

Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir.

Yenixeber.org-un məlumatına görə, bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxinin Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşünün nəticələri haqqında bəyanatında bildirilib.

Məlumata əsasən, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Birgə layihələrə, ali və peşə təhsili sahəsində tərəfdaşlığın gücləndirilməsinə, həmçinin birgə tədqiqatların aparılması imkanlarına xüsusi diqqət yönəlib.

"Biz, həmçinin enerji, dərin özüllü dəniz limanlarının tikintisi və sualtı kabellərin çəkilişi sahəsində vacib kadrların hazırlanmasına töhfə verəcək birgə peşə kollecinin yaradılması imkanını müzakirə etdik", - M.Laşxinin bəyanatında bildirilib.

Tərəflər, həmçinin elmlər akademiyaları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycanda gürcüdilli məktəblərin fəaliyyəti, eləcə də Gürcüstanda azərbaycandilli məktəblərin vəziyyətini müzakirə ediblər.

Bundan əlavə, görüş iştirakçıları Gürcüstan parlamentinin deputatlarının Azərbaycana səfərinin təşkili məsələsini müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam