Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan Premyer Liqası: 16 turda 16 böyükhesablı nəticə qeydə alınıb

 

Misli Premyer Liqasının 2025/2026 mövsümündə indiyədək baş tutan 16 tur ərzində 16 böyükhesablı nəticə qeydə alınıb.

Yenixeber.org xəbər verir ki, meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız "Araz-Naxçıvan"la "Karvan-Yevlax"ın belə uğuru yoxdur.

"Sabah", "Qarabağ", "Turan Tovuz", "Sumqayıt", "Şamaxı" və "İmişli" hərəyə 2 dəfə rəqibi böyük fərqlə məğlub edib. "Zirə", "Neftçi", "Kəpəz" və "Qəbələ"nin bir uğuru var.

Gəncə klubu hamıdan çox – 6 dəfə, "Karvan-Yevlax" 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. "Araz-Naxçıvan" 2, "İmişli", "Zirə", "Şamaxı" və "Sumqayıt" 1 ağır yenilgiyə üzülüb. İki cütdə eyni komanda hər iki dövrədə rəqibini böyük fərqlə üstələyib. "Qarabağ" "Araz-Naxçıvan"ı (5:0, 5:1), "Şamaxı" "Karvan-Yevlax"ı (3:0, 3:0) iki dəfə belə məğlubiyyətə uğradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam