Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Qarabağ” -“Ayntraxt” oyununun biletləri satışda

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.

Yenixeber.org xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Biletlər 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN;

 VIP sektorlar: 200, 250, 300 və 400 AZN;

 VVIP sektorlar: 1000 AZN.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın. 

Xatırladaq ki, “Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam