Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kollecə direktor təyin edildi-FOTOLAR

 

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Yenixeber.org xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nigar Səfxanova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin olunub.

Yeni təyin olunmuş direktor kollektivə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən təqdim edilib.

Nigar Səfxanova Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, ADA Universitetində isə “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura təhsili alıb.

O, 2018–2022-ci illərdə Göygöl rayon Üçbulaq kənd ümumi orta məktəbində müəllim, 2022–2024-cü illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2024-cü ildən etibarən son təyinatadək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam