Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Prezident müdaxilə etdi, Mirşahin efirə qayıtdı

Xeberinfo.com:    Virtualaz.org saytı dəqiqləşdirib ki, Milli Tele Radio Şurasının ANS-in “Hesabat” verilişinin yayımının 1 ay müddətində dayandırılmasına dair qərarı prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra ləğv edilib. Bu barədə MTRŞ-dən bildiriblər.

*   *   *12:52

 Məlumata görə, Milli Teleradio Şurasının ANS telekanalının "Hesabat" verilişinə qoyduğu qadağa aradan götürülüb.

"Mirşahin Ağayevin səhhətini, kanal rəhbərliyinin etiraflarını və həssas dönəmi nəzərə alıb dünən verdiyimiz qərarı bu gün geri götürdük", - qurumun sədri Nuşirəvan Məhərrəmli belə deyib.

Xatırladaq ki, dünən MTRŞ ANS telekanalında yayımlanan, müəllif və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin yayımının 1 ay müddətinə dayandırılması ilə bağlı qərar vermişdi.

Yanvarın 22-də Mirşahin Ağayev mətbuat konfransı çağıraraq MTRŞ-nın qərarını qeyri-qanuni adlandırmış, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi.

Telejurnalist həmçinin qeyd etmişdi ki, ölkə prezidenti İlham Əliyev ANS kollektivinin və ümumilikdə, jurnalistlərin dostudur.

Onu da xatırladaq ki, fevralın 14-də Milli qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu “İlin adamı-2015” mükafatını Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya təqdim edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam