Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qurban Qurbanov “Neftçi”nin “yox” deməsindən danışdı -“Onlardan küsmürük”

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı müraciətə qarşı tərəfin “yox” deməsinə münasibət bildirib.

Yenixeber.org xəbər verir ki, o, Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşləri çərçivəsində “Şamaxı”ya 1:2 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb: 

“Mən ümumiyyətlə hər bir hadisəyə normal yanaşıram. Burada məsələ kimin haqlı, kimin haqsız olduğu deyil. Biz matçın təxirə salınması üçün PFL-ə müraciət etmişdik, amma razılaşmadılar. Onların da öz planları var. Sadəcə narahat olduğum məqam qısa zamanda bir neçə oyun keçirməyimiz idi. Bundan əvvəl də olub ki, biz oyunların yerini və ya zamanını dəyişmişik. Bəlkə də “Neftçi” ilə belə hal olmayıb. Bununla razılaşmadılar deyə kimdənsə küsmürük, incimirik. Sadəcə daha dərindən düşünüb hərəkət etməliyik”. 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində fevralın 24-dən 25-nə keçən gecə “Nyukasl”a qarşı keçirəcəkləri matçdan öncə baş tutmalı olan “Neftçi” ilə görüşün təxirə salınmasını istəmişdi. Bakı klubu isə Ağdamlıların fevralın 21-də oynanılacaq bu qarşılaşmanın təxirə salınması ilə bağlı müraciətinə “yox” cavabı vermişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam