Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Est. Etik Clinix and Spa Center” cərimələndi -SƏBƏB

“Est. Etik Clinix and Spa Center”də qanunsuz işçilər çalışdırılıb
Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə “Est. Etik Clinix and Spa Center” MMC cərimələnib.

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) üzrə protokol tərtib edilib.
İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarı ilə “Est. Etik Clinix and Spa Center” MMC-nin rəhbəri sözügedən maddə üzrə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimə olunub.
Qərardan narazı qalan MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Məhkəmə iclasında şirkət rəhbəri bildirib ki, MMC-nin ümumi dövriyyəsi və gəlirləri 20 000 manat təşkil etmir və bu məbləğdə cərimənin ödənilməsi mümkün deyil. Onun sözlərinə görə, cərimənin tətbiqi şirkətin ləğvinə və ya müflis olmasına səbəb ola bilər.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.(“Qaynarinfo”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam