Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qlobal neft tələbatının artım tempi sürətlənəcək - PROQNOZ

Qlobal neft tələbatının artım tempi sürətlənəcək - PROQNOZ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2026-2027-ci illər üçün maye karbohidrogenlərin qlobal gündəlik tələbatı üzrə proqnozunu açıqlayıb.

Yenixeber.org: EIA-nın aylıq hesabatına istinadən məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 106,61 mln. barel səviyyəsində olacaq (öncəki proqnoz – 106,07 mln. barel) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,44 mln. barel çoxdur.

Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,79 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,38 mln. barel çoxdur.

Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,94 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (102,8 mln. barel) ilə müqayisədə 1,14 mln. barel artım deməkdir.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam