Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Heydər" məscidinin nəzdində mədrəsə yaradılacaq

"Heydər" Məscid-Kompleksinin nəzdində mədrəsə yaradılacaq.

Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Kompleks İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, hazırda mədrəsənin təsis edilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır:

"Məscidin nəzdində mədrəsənin yaradılması bir ideyadır və hazırda bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır. Mədrəsə Təhsil Nazirliyinin lisenziyası əsasında, orta-ixtisas dini tədris müəssisəsi kimi fəaliyyət göstərəcək. Orta məktəblərin IX və ya XI siniflərini bitirənlər mədrəsəyə qəbul oluna biləcəklər".

S.Həsənli deyib ki, mədrəsədə yalnız dini təhsil verilməyəcək, dünyəvi elmlər də öyrədiləcək.

İdarə sədri vurğulayıb ki, mədrəsəni bitirən məzunlara diplomlar Təhsil Nazirliyi tərəfindən veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam