Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub

Şuşa şəhərində "Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılış mərasimi keçirilib.

Yenixeberorg.com xəbər verir ki, bu çərçivədə keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər.

Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin 7-ci görüşünün keçirilməsi nəzərdə tutulur.

2023-cü ildə İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün "İƏT-in turizm paytaxtı" elan edilib.

Tədbirlər Nazirlər Kabinetinin "Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi" ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam