Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sabirabadda Kür çayı məcrasından çıxıb-FOTO

Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub.

Yenixeberorg.com-un məlumatına görə, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub.

Nəticədə Kür və Araz çaylarının qovuşduğu ərazi yaxınlığında çay öz məcrasından çıxaraq sahilboyu yerləşən Tuğay meşələri istiqamətində yayılmağa başlayıb.

Hadisənin baş verdiyi əraziyə yaxın zonada restoranların yerləşdiyi bildirilir. Hazırda suyun həmin istiqamətdə irəliləməsi müşahidə olunur.

Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, mövcud vəziyyət nəzarət altındadır. Qurumun açıqlamasına əsasən, çayın məcrasından çıxmasına baxmayaraq, hələlik ciddi təhlükə gözlənilmir. Belə ki, suyun səviyyəsi mühafizə bəndindən təxminən iki metr aşağıda qalır.

Aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər davam etdirilir, vəziyyətin sabit saxlanılması üçün zəruri qabaqlayıcı tədbirlər görülür. Ehtiyac yaranacağı təqdirdə əlavə texnika və canlı qüvvənin cəlb olunacağı bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam